02.10.2011 [18:02] - Gündəm
Bu gün bütün dünya kütləvi-informasiya vasitələrinin diqqəti Amerika Birləşmiş Ştatlarında nümayiş zamanı həyata keçirilən əməliyyata yönəlib.
Belə ki, Nyu York şəhərində "Uoll Striti işğal et" adlı sosial aksiyanın 700-dən çox iştirakçısı həbs edilib. Onlar aşağı Manhettendə, Bruklin körpüsündə nəqliyyatın hərəkətinə mane olan gənclərdir. Məlumata görə, nümayişçilər körpünü Manhetten tərəfdən bağladıqdan sonra kütləvi həbslərə başlanılıb.
Qeyd edək ki, ABŞ-da "maliyyə terrorizminə" qarşı çıxdıqlarını elan edən nümayişçilər daha əvvəl Uoll Strit ərazisində düşərgə də salmışdılar. "Uoll Striti işğal et" hərəkatının fəalları ölkədə artmaqda olan sosial bərabərsizlik, işsizlik səviyyəsinin yüksək olmasına etiraz etdiklərini və siyasətçilərin insanlardan daha çox iri şirkətlərə kömək etdiyini bildirirlər.

Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |