Şrift:
Yerli məsullar da dilə gəldi: Nə üçün xam maddələr bölgədən çıxarılmalıdır?!
04.08.2015 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini liderinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbriz şəhərinin imam cüməsi mədənlərin xam məhsullarının digər vilayətlərə daşınmasından dilə gəlib.

Axund Möhsün Müctehid Şəbistəri Şərqi Azərbaycanda mədən və sənaye günü ilə bağlı keçirilən mərasimdə bildirib ki, “nə üçün süngün mis mədəninin xam məhsulları Şərqi Azərbaycandan çıxarılıb və Kirmana intiqal eilməlidir?! Bizim cavanlar onlara aid olan qaynaqlardan yararlanmalıdır.”

İş və sənayeni cəmiyyətin inkişafı üçün əsas amil hesab edən imam cümə bu barədə islam müqəddəslərinin sözlərinə də istinad edib.

Məlumata görə, Şəbistəri bazarda qiymətlərin sabit olmaması məsələsinə də toxunub. Onun sözlərinə görə, “əhalinin iqtisadi problemlərindən biri də bazarda qiymətlərin sabit olmamasıdır, ona görə də dövlət qiymətləri kontrol etməlidir.”
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed