04.08.2015 [10:57] - Gündəm, Sosial
Azərbaycan Respublikasi Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT) “Malware Lab” informasiya təhlükəsizliyi üzrə yeni onlayn xidmət istifadəyə verib.
Bu barədə CERT-in saytında dərc olunan xəbərə əsasən məlumat veririk.
“Malware Lab”ın yeni xidməti istifadəçilərə zərərverici kodları, şübhəli faylları analizə göndərmək, həmçinin kompüterə icazəsiz girişi müəyyənləşdirmək imkanı verir.
“Malware Lab” özündə bir sıra funksionallıqları cəmləyən proqram təminatları ilə istifadəçilərə xidmət edəcək. Belə ki, xidmətin birinci hissəsi zərərverici kodların analizi sahəsində professional məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətlərini istifadəyə vermək olacaqsa, ikinci hissədə sadə istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multi-funksional (virus aşkarlama motoru-antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama –malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz proqramından ibarət olacaq.
CERT-dən Trend-ə verilən məlumata əsasən, CERT-in 4 e-xidməti artıq istifadəçilərin ixtiyarına verilib: “Şifrələrin onlayn generatoru”, “Parolun təhlükəsizliyi”, “Mənim IP-ünvanım” və “Virusa yoluxmuş IP”. Perspektivdə “Virtual test” adlı daha bir e-xidmətin işə buraxılması nəzərdə tutulur.
Onlayn test zamanı yüksək bal toplamış iştirakçılar təcrübə keçmək və daimi iş ilə təmin olunmaq üçün CERT-ə müraciət edə bilərlər.

Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |