Şrift:
Mübariz Mənsimov milli komandanın baş məşqçisindən imtina edib – EKSKLÜZİV
25.01.2012 [01:36] - İdman
“Xəzər Lənkəran” futbol klubu Moldova milli komandasının hazırkı baş məşqçisi İon Karasdan imtina edib.


Bu haqda 61 yaşlı mütəxəssisin özü məlumat verib.
Karas bildirib ki, 2010-cu ilin yayında o, Lənkəran təmsilçisinə baş məşqçi təyin olunan Mirça Rednikin köməkçisi olmalı imiş: “Mən həm rumınca, həm də rusca bilirəm. Ona görə də Rednikə tərcüməçi və təcrübəli mütəxəssis kimi yardımçı olmalı idim. Hətta bu barədə klubun sahibi Mübariz Mənsimovla anlaşmamız da olmuşdu”.


Lakin Karas ilkin anlaşmadan təqribən on gün sonra bu təyinatın baş tutmayacağını öyrənib. Həm də imtina ideyası elə Rednikin özündən gəlib: “Əlbəttə, mən buna çox təəssüfləndim. Çünki “Xəzər Lənkəran”da çalışmaq istəyirdim”.

Elşən MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed