04.08.2015 [15:51] - Gündəm, Gənclik
Azərbaycan Prezidentinin 8 may 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi mütəmadi olaraq sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələrin sağlamlığının qorunması üçün yay düşərgələrini təşkil edir. Yay düşərgələri sosial müdafiəyə ehtiyacı olanlara dövlət qayğısının daha da artırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə təşkil olunur.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik cari ilin iyun-avqust ayları ərzində Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində hər biri 2 həftə davam edən növbələr üzrə düşərgələr keçirəcək. Düşərgələrdə ümumilikdə 420 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub.
Bu ilin 10-24 iyun tarixlərində Astara, Yardımlı, Lənkəran, Masallı, Lerik, Cəlilabad, Qobustan, Ağsu, İsmayıllı, Şamaxı və 1-15 iyul tarixlərdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Füzuli, Tərtər rayonlarından olan 7-15 yaşlı uşaq və yeniyetmələr sözügedən yay düşərgələrində iştirak ediblər.
20 iyul - 3 avqust 2015-ci il tarixlərdə təşkil olunan 3-cü növbə üzrə yay düşərgəsində Ağdam, Tərtər, Füzuli, Daşkəsən rayonlarından olan 10-16 yaşlı uşaq və yeniyetmələr iştirak ediblər. Düşərgə Azərbaycanın Ermənistanla təmas xəttində yerləşən rayonlarda yaşayan uşaqlara psixoloji dəstək, onların asudə vaxtının təşkili, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil edilir. Yay düşərgəsi zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramların həyata keçirilməsi və təlimlərin təşkili, həmçinin qrup işləri, fərdi liderlik qabiliyyətlərinin və biliklərin artırılması sahələrində fəaliyyətlərin təşkili nəzərdə tutulur.
9-23 avqust 2015-ci il tarixlərdə təşkil olunacaq sonuncu növbə üzrə yay düşərgəsində sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin iştirakı təmin ediləcək.

Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |