05.08.2015 [09:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 6 və 7-də Güney Azərbaycanın Təbriz şəhərində muğam konserti olacaq. Konsertdə güneyli xanəndə Nasir Ətapur Azərbaycanın muğam mahnılarını ifa edəcək.
Konsert Avqustun 6 və 7-də yerli vaxtla saat 21:00-da Təbrizin Petroşimi Amfiteatr salonunda keçiriləcək.
Bu konsertdə xanəndəni Sunar Naccari, Səid Mirzazadə, Vəhid Nikməndan, Elvin Sadat və Əkbər Sərbazidən ibarət böyük ansambl müşayiət edəcək. Konsertdə “Apardı sellər saranı”, “Qal sənə qurban”, “Dəli könlüm” və s. kimi musiqi parçalarının ifas ediləcəyi gözlənilir.
Qeyd edək ki, 39 yaşlı N.Ətapur Arif Babayev, Əli Baba Məmmədov və Ağaxan Abdullayev kimi tanınmış ustadların məktəbindən bəhrələnib. Güneyli xanəndə keçən illərdə Bakıda televiziyada keçirilən “Muğam” müsabiqəsində üçüncü olub.

Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |