05.08.2015 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Şəhər Şurasının şəhər xidmətləri komisyonunun rəisi qurumun keçirdiyi iclasda önəmli məsələlərə toxunub.
Şuranın milli məsələləri önəmsəmədiyini bildirən Həbib Şiriazər bəyan edib ki, İranın izzəti Azərbaycanla bağlıdır, lakin bu bölgənin milli büdcədən nəsibi azdır. Bu barədə GAMAC Təşkilatının rəsmi saytında xəbər yayılıb.
H.Şiriazər əlavə edib ki, “bu məsələlərin bir sırası yerli məsullara qayıdır. Onlar lazımi büdcəni ala bilmir.”
Şəhər Şurasının üzvü şəhərin kanalizasiya vəziyyətini də kəskin tənqid edib: “Məhəllələrdə kanalizasiya cari olur və kimsə də buna cavabdeh deyil. Bilinmir Təbrizə yaraşmayan bu vəziyyət nə zaman düzələcək!”
Şura üzvlərinin xatırlatmalarından sonra Təbrizin Bələdiyyə başqanı da mövzu ilə bağlı öz iradlarını bildirib:
“İranda büdcə məsələsi elədir ki, hər kəs Həzrət Abbas rövzəsi oxusa, daha çox büdcədən yararlanacaq. Tehran və İsfahana gedən ticarət heyətləri Təbrizə nə üçün gəlmir? Kaşan turizm sahəsində Təbrizi üstələyib. Şura və Parlament belə məsələlərə diqqət yetirməlidir, kimsə millət vəkillərinin maaşını azaltmaz...!”
Bələdiyyənin fəaliyyəti üçün ayrılan büdcənin yetərsiz olduğunu bildirən başqan əlavə edib ki, “gəlirlər artıb, lakin Bələdiyyənin nağd pulu yoxdur. İş görmək və yolları açmaq yalnız nağd pulla mümkündür.”

Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |