05.08.2015 [13:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Təəssüflər olsun ki, inkişaf məsələsində Qərbi Azərbaycan Vilayəti ilə ölkənin digər vilayətləri arasında böyük bir uçurum var və bu uçurum Qərbi Azərbaycan şəhərlərində daha da dərinləşir.”
GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata görə, bu sözləri Qərbi Azərbaycan Vilayəti Müdiriyyət və Planlaşdırma Təşkilatının rəisi avqustun 3-də Urmiyə şəhərinin İdari Şurasinin iclasında bildirib.
Qərbi Azərbaycanın inkişaf göstəriciləri cədvəlinin alt pillələrində yerləşdiyini bildirən Nasir Həzrətipər qeyd edib ki, “Urmiyə şəhəri inkişaf baxımından bir vilayət mərkəzinə aid olan göstəricilərə malik olmalıdır, lakin bir çox göstəriciyə görə cədvəlin orta vəya axır pillələrində yer alır”
Qərbi Azərbaycan Vilayəti Müdiriyyət və Planlaşdırma Təşkilatının rəisi sözlərinin sonunda bu günə qədər bir çox fürsətin itirildiyini bildirsə də, lakin nüvə razılaşması və sanksiyaların ləğv olunması ilə əlaqədar gələcəkdə müsbət addımların atılacağını diqqətə çatdırıb.

Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |