Şrift:
İstanbulda dəri fabriki yanır: kimyəvi sızıntı təhlükəsi var
05.08.2015 [15:12] - Gündəm, Hadisə
İstanbulda dəri fabriklərindən biri yanır, kimyəvi sızıntının baş vermə təhlükəsi var.

"Sabah" qəzetinin verdiyi məlumata görə, müəssisənin bütün işçiləri təxliyə olunub.

Hazırda hadisə yerinə Fövqəladə Halların Qarşısının Alınması İdarəsinin (AFAD) qrupları cəlb edilib.

Yanğının səbəbləri barədə məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed