06.08.2015 [09:59] - Gündəm, Siyasət
Bu yaxınlarda İranın nüvə proqramı üzrə əldə olunmuş razılıq bu ölkə ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar deməkdir və “tort”dan öz “tikəsi”ni götürə bilənlərə bu, yaxşı dividendlər gətirə bilər.
Azərbaycan yeni imkanlardan istifadə edən ilk ölkələrdən oldu və İranla gələcəkdə müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq barədə müzakirələr apardı.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılığı altında Azərbaycanın nümayəndə heyəti İrana işgüzar səfər etdi. Səfər zamanı neft-qaz, investisiya və dəmiryol layihələri sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi.
Aydındır ki, İrana tətbiq olunan sanksiyaların ləğvi ərəfəsində razılıqlar nə qədər tez əldə olunsa, birgə layihələr bir o qədər tez qazanc gətirər.
Keçirilən görüşlər zamanı Azərbaycan İrana neft və qazını dünya bazarlarına ixrac etmək üçün öz infrastrukturundan istifadə etməyi təklif etdi.
Beləliklə, sanksiyalar ləğv edildikdən və karbohidrogen istehsalı artdıqdan sonra İran öz neftini ixrac etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərindən istifadə edə, gələcəkdə isə Transanadolu qaz kəməri (TANAP) layihəsinə qoşula biləcək.
Bundan başqa, Azərbaycan İrana qazını saxlamaq və tələbatın artım dövründə istifadə etmək üçün öz qaz anbarlarından istifadə etməyi təklif etdi.
Öz növbəsində, İranın neft naziri Bijən Namdar Zəngənə azərbaycanlı həmkarı ilə görüşdə bildirdi ki, İran Azərbaycan neftinin Fars körfəzi regionuna "svop" şərtlərlə tədarükünü həyata keçirməyə hazırdır, yəni nefti Tehran NEZ-ə İranın Xəzər dənizində yerləşən Neka limanından nəql etmək olar, əvəzində Azərbaycan İranın cənub sərhədlərindəki nefti əldə edəcək.
Özü də bütün hüquqi formallığa əvvəlcədən riayət olunacaq ki, sanksiyalar ləğv olunan kimi layihənin dərhal reallaşdırılmasına başlamaq mümkün olsun.
B.N.Zəngənənin sözlərinə görə, İran Xəzərdə neft-qaz sahəsində Azərbaycanla əməkdaşlıq edə bilər.
İranlı nazirin neft avadanlıqlarının birgə istehsalı, həmçinin Azərbaycan ərazisində açılacaq müəssisələrlə bağlı təklifi də maraqlıdır. Belə ki, bu müəssisələr ölkəmizdə yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq.
Öz növbəsində, Ş.Mustafayev qeyd etdi ki, Azərbaycan və İran neft avadanlığının istehsalı sahəsinə birgə investisiya qoymağa hazırdır.
Bundan başqa, Azərbaycan və İran digər ölkələrin qaz sahəsinə birgə investisiya qoymaq məsələsini də müzakirə etdilər ki, bu da şübhəsiz, əməkdaşlığın əlverişli sahələrindən biri ola bilər.
Gündəlikdə duran ən maraqlı məsələlərdən biri İran və Azərbaycan elektrik enerjisi sistemlərinin sinxronlaşdırılması, sərhəddə və ölkə daxilində SES-in tikintisi məsələləri oldu. Yeni elektrik stansiyalarının istehsal edəcəyi elektrik enerjisi Azərbaycan və İranda istifadə edilməklə yanaşı, başqa ölkələrə də satılacaq.
Azərbaycan nümayəndə heyətinin İrana səfəri zamanı tərəflər "Şimal-Cənub" dəmiryolu layihəsi üzrə mövcud vəziyyətin təhlili və mövqelərin razılaşdırılması məqsədilə işçi qrupunun yaradılması ilə bağlı da razılığa gəldi.
“Şimal-Cənub" dəmiryolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir, Azərbaycan və Rusiya dəmiryollarının birləşməsi üçün əlaqələndirici halqa rolunu oynayacaq.
İrana sanksiya tətbiq etməyən və həmişə bu ölkə ilə mehriban dostluq münasibətlərini qoruyub saxlayan Azərbaycan bu gün Qərbdən daha yaxşı vəziyyətdədir. Belə ki, Azərbaycana etimad tədbirləri qurmaq və əməkdaşlığı sıfırdan inkişaf etdirmək lazım gəlməyəcək.
Bakı bu şansdan 100 faizlik istifadə etməyə çalışacaq. Çünki bu gün investisiyalar üçün maraqlı meydana çevrilən İran Ermənistandan başqa regionda yeganə ölkə idi ki, yaranmış vəziyyətə görə Azərbaycan sərmayə qoymamışdı. İndi Türkiyə, Gürcüstan və başqa ölkələrə qoyulan böyük investisiyalarla yanaşı, Bakı İranda da böyük investisiya layihələri həyata keçirə bilər ki, onlar da gələcəkdə Azərbaycan dövlətinə xeyli gəlir gətirə bilər.

Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |