Şrift:
Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub
06.08.2015 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub.
Bu barədə xəbər yayan “Azoh” saytı bildirir ki, dəfələrlə rejimin müxtəlif təzyiqlərinə məruz qalan tanınmış fəal bu dəfə təzyiqin başqa növünə məruz qalıb və onun ölkədən çıxışı yasaqlanıb. Cənab Dəmirçi keçən aylarda pasportunun təhlükəsizlik qüvvələri tərəfindən zəbt olunmasına etiraz olaraq dəfələrlə səlahiyyətli orqanlara müraciət edib və bu barədə izahat tələb edib. ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Təbriz şöbəsinin məsulları uzun müddət Dəmirçinin tələbi qarşısında səssiz qaldıqdan sonra nəhayət ki, azərbaycanlı fəala cavab veriblər. Məmurların elan etdiyi cavaba görə, növbəti bildiriyə qədər (hicri-şəmsi təqvimi ilə ən azı bəhmən ayına qədər) İran ETTELAAT Nazirliyinin Mərkəzi Ofisi tərəfindən Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub və artıq dosyeyə Tehranda baxılır.

Məlumata görə, Tehran prokurorluğu və ETTELAAT Nazirliyinin mərkəzi ofisinə dəfələrlə müraciət edildikdən sonra hələ də bu qanunsuz qərarla bağlı heç bir izahat verilməyib.
Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed