Şrift:
Irancell Güney Azərbaycanda abunəçilərə türkcə xidmət göstərək
06.08.2015 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
MTN müştəri mərkəzi İranda Azərbaycan vilayətlərində türk dilində xidmət təmin edəcək.

Təbrizdə LTE/4G şəbəkə mərkəzinin açılış mərasimində MTN İrancell şirkətinin direktoru Əlirza Qələmbər Dezfuli deyib: “ MTN İrancell abunəçilər xidmət mərkəzi bundan sonra müştəri dəstək mərkəzində Azərbaycan vilayətlərində 24 saat müştərilərin suallarına türkcə cavab verəcək.”

Əlirza Qələmbər bildirib ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Qəzvin və Həmədan vilayətlərində MTN müştərilər mərkəzi abunəçilərə Azərbaycan ləhcəsi ilə cavab verəcək.

İranda türk dilinin işlədilməsinə dair belə bir təşəbbüs ilk dəfə olaraq həyata keçirilir.

İran dövləti Azərbaycan türklərinin istifadə etdiyi dili azəri dili adlandırır, lakin xalq öz dilinə türk dili deyir.
Bu xəbər oxucular tərəfindən 877 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed