06.08.2015 [15:40] - Xəbərlər, Mədəniyyət
Lənkəranda “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi əsasında Lənkəran Mədəniyyət Mərkəzində keçirilmiş tədbirdə yerli və ətraf bölgələrin kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev açaraq Lənkəranda son illər aparılan geniş quruculuq işlərindən söz açıb. O bu tədbirlərin yerli mediada da fəal şəkildə işıqlandırıldığını vurğulayıb. Azərbaycan ədəbi dilinin qorunmasının vacibliyini əsaslandıran Ə.Əliyev təmsil olunduğu dövlət qurumunun da məsələyə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Mövcud xüsusda rayondakı müxtəlif sosial yönümlü elan və reklamların tərtibatına həssas yanaşıldığını qeyd edib. Şöbə müdiri həmçinin Azərbaycan ədəbi dilinin norma və qanunlarına bütün sahələrdə riayət edilməsinin zəruriliyindən söz açıb və bildirib ki, bu istiqamətdə media orqanlarının daşıdığı məsuliyyət bütövlükdə cəmiyyət üçün örnək mahiyyət daşımaqdadır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətə başladığı ilk günlərdə mətbuatda və digər kütləvi informasiya vasitələrində ədəbi dilimizin qorunmasına böyük önəm verdiyini, müxtəlif illərdə layihələr gerçəkləşdirdiyini, həmin layihələr çərçivəsində konfrans və seminarlar düzənləndiyini diqqətə çatdırıb.
O bildirib ki, mövcud istiqamətdə mühüm istiqamətverici sənəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramıdır:
“Proqramda bir çox təşkilatlar kimi, Azərbaycan Mətbuat Şurasının üzərinə də mühüm missiya düşür və Şura buna uyğun olaraq fəaliyyət göstərməkdədir. Ölkənin aparıcı, ictimai rəyə təsir göstərən KİV-lərinin monitorinqi də bu baxımdan əhəmiyyətli tədbirlərimizdəndir. Əlbəttə, ictimaiyyətin də fəal olması önəmlidir. Konfransımız da məhz ictimai fəallığı təmin etmək məramına söykənir. Düşünürük ki, əsaslı uğurlara nail olmaq üçün ilk növbədə cəmiyyət içərisində ədəbi dilin qorunması məsələlərinə münasibətdə müqavimət yaratmalıyıq. Lənkəran da söz sənətinə böyük önəmin verildiyi bölgələrimizdəndir. Burada belə bir toplantının təşkili çox vacibdir. Ümumən layihəmiz çərçivəsində bir neçə bölgədə - Qubada və Şəkidə, habelə paytaxt Bakıda bu sayaq tədbirlərin keçirilməsini nəzərdə tuturuq. Cəmiyyət üzvləri ilə birgə mövcud istiqamətdəki çatışmazlıqlara münasibət bildirməli, problemlərdən çıxış yollarını müəyyənləşdirməliyik. Hesab edirəm ki, tədbirimiz buna yönələn dəyərli fikir mübadilələrinin aparılması ilə yaddaqalan olacaq”.
MŞ-nin KİV-lərin ana dilinə riayət sahəsində həyata keçirdiyi monitorinqin qrup rəhbəri, “Xalq qəzeti”nin şöbə müdiri İlham Abbasov çıxışında mətbuatımızda ana dilindən istifadə ilə bağlı pozuntulardakı konkret meyllər üzərində dayanıb.
O, KİV-lərin başqa dillərdən alınma sözlərin istifadəsində bəzi yanlışlıqlara yol verdiyini diqqətə çatdırıb. Mətbuatın özünü ilk növbədə dil hadisəsi kimi dəyərləndirən İ.Abbasov mövcud məkandakı problemləri doğuran cəhətlər sırasında bir çox hallarda qəzetçilik texnologiyasına bələd olmama, qələmə alınan sahədən xəbərsizlik hallarını vurğulayıb:
“1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasında ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. 1995-ci ildə qəbul edilmiş və Ümummilli Liderimizin müəllifi olduğu Əsas Qanunumuzun 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi yenidən təsdiqləndi. Son 10 ildə isə Prezident İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan dili ilə bağlı 20-dən artıq normativ sənəd qəbul olunub”.
Konfransda çıxış edənlərdən Lənkəranda fəaliyyət göstərən “Cənub TV”nin xəbər departamentinin redaktoru Pərvanə Əliyeva, Lənkəran Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi Yadulla Ağazadə və başqaları müzakirə olunun mövzunun aktuallığını vurğulayaraq iş təcrübələrində rastlaşdıqları bir sıra məqamlardan söz açıblar.

Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |