Şrift:
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilir.
07.08.2015 [10:22] - Gündəm, İdman
"Qəbələ" səfərdə keçirdiyi ilk oyunda 1:1 hesabı ilə bərabərə qaldığı "Apollon" (Kipr) klubunu qəbul edib.

Azarkeşlər uzun müddət oyunda qol görməyiblər. Lakin 80-ci dəqiqədə Cavid Hüseynov hesabı açıb - ilk oyunda olduğu kimi, penalti zərbəsini dəqiq yerinə yetirib - 1:0.

Oyunun 90+1-ci dəqiqəsində Ürfan Abbasov qırmızı vərəqə alaraq meydanı tərk edib.

Oyunda başqa qol qeydə alınmayıb.

Beləliklə, "Qəbələ" növbəti - IV təsnifat mərhələsinə yüksəlib. Xatırladaq ki, bu mərhələdə "Qarabağ" da mübarizə aparacaq.

Digər təmsilçimiz "İnter" isə turnirdə mübarizəni dayandırıb. Belə ki, ilk oyunda səfərdə "Atletik" (Bilbao) klubuna 0:2 hesabı ilə məğlub olan paytaxt təmsilçisi Bakıdakı cavab görüşündə də ispanlara güc gələ bilməyib - 0:0.
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed