07.08.2015 [10:28] - Gündəm, Sağlıq
Səhiyyə Nazirliyi aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS bildirişlər göndərib və onlara xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində Tarif Şurasının 30 iul 2015-ci il tarixli qərarı ilə sentyabrın 15-dən başlayaraq qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə start verir. Bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib.
Bildirişlərdə aptek rəhbərlərinə qiymətləri tənzimlənmiş 256 dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin, reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır. Aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.
Həmçinin, SMS məlumatlandırma kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına başlanacaq. Kampaniya çərçivəsində vətəndaşlara qeyd olunan saytlarda 24 saat işləyən növbətçi apteklərin siyahısı (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və digər faydalı məlumatlar veriləcək.

Bu xəbər oxucular tərəfindən 1069 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |