Şrift:
Arif Kəskin: İran rejimi milli hərəkat fəallarını niyə həbs edir?
25.01.2012 [11:52] - Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Milli Hərəkatına mensub 15 fəalın çox qısa sürə içində və ardı-ardına tutulmaları analiz edilməsi gərəkən önəmli məslə.

Bu silsilə tutuklamalara baxdığımızda görürük ki:
a. Güney Azərbaaycanın milli hərəkatının en ssəsiz dönəmində gərçəkləşir.
b. coğrafi olarq geniş və hardasa Güney Azərbaycanın hər tərəfində fəallar tutulur.
c. Bu tutmalar milli hərəkatın bütün siyasi yelpazəsini qapsayır. Başqa bir sözlə bu tutmalar bəllli bir siyasi xəttə və ya bəlli bir siyasi təşkilata yönelik deyil, milli hərəkatın bütününü qapasayacq şəkildə icra edilirlir.
d. Ardıcıl və çox qısa sürə içində tut-ha-tut başlayıb. Rejimin əcələsi olduğu görsənir.
e. Görünürə baxdığımızda bu qədər əcələylə tutuklamaları gərəkdirəcək hadd bir durum da yoxdur.

İran rejimi nə hədəf təqib edir?

Milli fəalların tutulması məclis seçkilərinin yaxınlaşdığı, İran və Qərb arasındaki münaqişələrin ciddi şəkildə yüksəldiyi, ölkə içindəki iktisadi vəziyyətin xarablaşdığı və rejim daxili ixtilafların qanlı hesablaşmaya çeviriləcəyi ehtimalları danışıldığı zamanda gərəçəkləşir. Analizimizi yuxarıdakı amillər əsasında irəli aparmalıyıq.
Yuxarıdaki saydığımız amillərə dayanaraq` İran rejimi nə hədəf təqib edir?` sualına dört cavab vermək mümkündür:
1. İranda məclis seçkiləri yaxınlaşır. İran rejimi məclis seçkiləri ərəfəsində və sürəcində Urmu Gölü məsələsində etiraz hərəkatının ortaya çıxmasından qorxur. Məclis seçkilərinin etiraz sahəsi olabiləceyi ehtimali bu gözaltılara/bazdaştlara səbəbiyət verəbilər.
2. İran və Qərb arasındaki münaqişələr ciddi şəkildə yüksəlir. İran rejimi belə zamanlarda sərkub siyasətini artırır. Demək ki, rejim daxildə gizlicə `qırmızı alarm` dönəmi elan edib.
3. İran rejiminin yönəticiləri/idarəçiləri məclis seçkilərinin qanlı olabiləcəyini düşünürlər. Bu məsələni Xamənəyi özü belə neçə səfər dil gətirdiyini də bilirik.m Özəlliklə Xamənəyi və Əhmədinəjad tərəfdarları arasında toqquşma yaşanma ehtimalı var. İran rejimi indidən Azərbaycanda qorxu ortam yardaraq onun pasivləşdirməyi hədəfləyir. Əslində İran rejimi istəyir ki, rejim daxili ixtilaflar toqquşmaya dönüşdüyündə Azərbaycan səssiz qalsın. Tutuklamalar yuxarıdakı hədəflərə dönük olabilir.
4. İran və Qərb arasındaı münaqişələr ciddi şəkildə yüksəlib. Ölkə içində iktisadi vəziyyət çox ağırlaşıb. Rejim öz içində çox ciddi, dərin və çox tərəfli ixtilaflar içində çabalayır. Ölkə daxilində ` bu rejimin ömründən az qalır` fikri çox yayılır. İran rejimi bu şəraitdə milli hərəkatın həm böyüməsindən həm də gizli təşkilatlanmasından qorxur.

Son təhlildə, İran rejimi yaşadığı daxili və xarici gərginliklər səbəbiylə Güney Azərbaycan mili Hərəkatının iradəsini qırmaq isteyir. Əslində qorxu ortamı/şəraiti yaradaraq milli hərəkatı pasifləşdirmək isteyir. Bu vasitə ilə milli hərəkatın oyun sahəsini daraltmaq və onun insiyatifi ələ geçirmə iradsini qırmaq istəyir. Demək ki, İran rejimi Güney Azərbaycanlıların üsyan edəcəklərindən qorxur.

Arif KƏSKİN
24-01-2012
Ankara
Bu xəbər oxucular tərəfindən 1767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed