07.08.2015 [12:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son zamanlar Ərdəbil vilayətində yerləşən Heyran gədiyinin Gilan vilayətinə ilhaq edilməsi məsələsi gündəmdən düşmür, azərbaycanlıların isə etirazları artır.
Ərdəbil valisi “Heyran gədiyi”nin Gilana aid olduğunu dəstəkləyən açıqlama verib.
Məcid Xudabəxş, Ərdəbil sərmayə yatırımı və məşğulluq şurasının keçirdiyi iclasda bildirib ki, “Ölkənin rəsmi bölgüsünə əsasən tuneldən sonra Astaranın mühafizə hövzəsi başlayır və qanun bizə bu hüduddan çıxıb və hərhansı bir fəaliyyət göstərməyə icazə vermir!”
Valinin açıqlaması nigaranlıqları artırdığı bir vaxtda Ərdəbilin millət vəkili mövzu ilə bağlı belə deyib:
“Son günlərdə Astaranın icra başçısının tuneldən o tərəfdə tablo qaldırması qanunsuz hərəkətdir və təbii olaraq bir çox nəticələrə səbəb olub.”
Mustafa Əfzəlifərd Ərdəbil Sərmayə yatırımı və məşğulluq şurasının keçirdiyi iclasda əhalinin narazılığını diqqətə çatdıraraq deyib:
“İcra başçısının bu əməli ölkən bölgüsünü nəzərə almadan və yalnız ictimaiyyətli narahat etmək məqsədi ilə həyata keçirilib və örtülü şəkildə bir işlər görmək istəyiblər. Lakin biz heç vaxt belə bir qanunsuzluğa vəya bəzilərinin su-istifadəsinə icazə verməyəcəyik.”
Ərdəbil, Nir, Nəmin və Səreynin parlamentdəki millət vəkili bu qanunsuz hərəkətə qarşı tədbir almağın gərəkdiyini bildirib və konkret olaraq bəyan edib ki, “biz bir daha belə bir cürətdə bulunmasın deyə Astara icra başçısının qanun çərçivəsində cəzalandırılmasını istəyirik.”
Xatırladaq ki, son günlərdə Ərdəbil vilayətində yerləşən Heyran gədiyində Gilan vilayətinin tablosu qaldırılıb. Bu hərəkət azərbaycanlılar və xüsusi ilə də Milli Hərəkat fəalları tərəfindən kəskin etirala qarşılandı. Hazırda zindanda məhbus həyatı yaşayan tanınmış milli-mədəni fəal Abbas Lisani Heyran gədiyinin Gilana ilhaq edilməsini Azərbaycanın yenidən parçalanması kimi qiymətləndirib. Bu məsələ son günlərdə Milli Hərəkat fəalları arasında əsas cari mövzulardan birinə çevrilib.

Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |