Şrift:
Ruhani: -Bəziləri elə güman edir ki, bizim dünya ilə problemimiz yalnız nüvə məsələsinə görədir
08.08.2015 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın cənubunda yerləşən İslamşəhr əhalisi qarşısında çıxış edən İran prezidenti Həsən Ruhani Qərblə nüvə razılaşmasından, ölkənin xarici siyasətindən və gənclərin işsizliyindən danışıb.
Ruhani deyib ki, bir sıra daxili müxaliflərin sərt mövqeyinə baxmayaraq, ölkə nüvə məsələsində Qərblə razılığa gəldiyi kimi digər problemlərin həlli üçün dünya birliyi ilə də dil tapmalıdır: “Bəziləri elə güman edir ki, bizim dünya ilə problemimiz yalnız ölkənin nüvə məsələsinə görədir. Halbuki bu belə deyil və nüvə probleminin həllindən sonra bizim dünya ilə işimiz hələ bitməyib. Hesab edirik ki, biz ölkənin nüvə proqramı və məsələsi ilə Qərblə razılığa gəldiyimiz kimi digər məsələlərdə də dünya ilə əməkdaşlıq edib onunla dil tapmalıyıq”.

Ölkə gənclərinin, o sıradan da ali təhsilli gənclərin işsizliyindən danışan Ruhani, qızların işlə təmin olunmasına qarşı çıxan daxili müxaliflərə də toxunub: “Bəziləri deyirlər ki, biz yalnız oğlanlara iş yerləri açmalı, onları işlə təmin etməliyik. Çünki qızların işə və işləməyə ehtiyacı yoxdur. Məncə belə bir fikir və düşüncə tərzi səhv və qəbuledilməzdir. İran milləti istər qadın olsun, istər kişi və ya istər qız olsun və ya oğlan, fərqi yoxdur, hamısı bir-biri ilə bərabərdir və onların işlə təmin olunmasında heç bir fərq olmamalıdır.

Bizim nüvə razılaşmasında ən böyük məqsədimiz ölkədə istehsalın inkişafı üçün münasib bir şərait yaratmaqdır. Bizim dərdimiz İran millətinin işsizliyidir. Biz ali təhsilli gənclərin işsizliyini və onların çətinlik içində yaşamasını görəndə kədərlənir, narahat oluruq. Hökumət, ölkədə istehsal işini təkbaşına üzərinə götürməyə qadir deyil. Buna lap qadir olsa da o, yaxşı bir istehsalçı ola bilməyəcək. Elə buna görə də hesab edirik ki, insanlar özləri səhnəyə gəlməli, bu işlə məğul olmalıdır”.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed