Şrift:
Ruhaninin göstərişi ilə Məşrutə ev muzeyi genişləndiriləcək
08.08.2015 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan əyalətinin ostandarı İsmayıl Cabbarzadə avqustun 7-də jurnalistlərə açıqlamasında Təbrizdəki “Məşrutə” ev muzeyinin genişləndirilməsi ilə bağlı planlarından danışıb.
İsmayıl Cabbarzadə deyib ki, İran prezidenti Həsən Ruhani Təbrizə etdiyi son səfərində “Məşrutə” ev muzeyini ziyarət edərkən onun genişləndirilməsi və təmiri barədə göstəriş verib: “Prezident Ruhani bu ev muzeyini ziyarət edəndən sonra onun genişləndirilməsini tapşırıb və bu barədə göstəriş verib.

Biz isə Ruhaninin həmin göstərişini nəzərə alaraq Təbriz şəhər meriyasının əməkdaşlığı ilə həmin muzeyin qonşuluğundakı evi satıl almışıq və gələn həftədən “Məşrutə” ev muzeyinin təmiri və genişləndirilməsi əməliyyatına başlanılacaq”.
Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed