Şrift:
Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb
08.08.2015 [10:23] - Gündəm, Hadisə
Kabildə polis akademiyası qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bundan əvvəl 20 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilirdi.

Partlayışı polis forması geyinmiş terrorçu-kamikadze törədib. Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

***

22:07

Bakı-APA. Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayış nəticəsində azı 8 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze paytaxt universitetlərinin birinin yaxınlığında yerləşən polis akademiyası qarşısında özünü partladıb.

Qeyd edək ki, bundan əvvəl Əfqanıstan müdafiə nazirliyinin binası yaxınlığında minalanmış avtomobil partladılıb, 15 nəfər ölüb, 200-dək insan yaralanıb. Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed