25.01.2012 [13:24] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb.
AMEA-nın I vitse-prezidenti Arif Həşimovun APA-ya verdiyi məlumata görə, elmlər doktoru proqramı üzrə 42 nəfər doktoranturaya qəbul olunub. Onlardan 14 nəfəri əyani, 28 nəfəri isə qiyabi təhsil alacaq.
Doktorantura ilə bağlı qaydalara əsasən, elmlər doktoru proqramı üzrə doktoranturada təhsili müddəti 5 ildir. Doktorantlar təsdiq olunduqları gündən təhsilə başlayacaqlar.
A. Həşimov qeyd edib ki, elmlər doktoru proqramı üzrə daha çox doktorant humanitar və ictimai elmlər bölməsi üzrə qəbul olunub. Bu bölmə üzrə doktoranturaya qəbul olunan 17 nəfərdən 6-sı əyani, 11-i qiyabi təhsil alacaq. AMEA-nın Fizika-riyaziyyat və texnika elmləri, Kimya elmləri, Yer elmləri, Naxçıvan bölmələri və Gəncə Elmi Mərkəzinə də elmlər doktoru proqramı üzrə qəbul aparılıb.

Bu xəbər oxucular tərəfindən 1620 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |