Şrift:
Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist dünyasını dəyişib
09.08.2015 [12:49] - Gündəm, Hadisə
Həkimlər xəstənin daxili qanaxma nəticəsində dünyasını dəyişdiyini bildiriblər

Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyev orda dünyasını dəyişib.

Bu barədə Klinik Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, R. Əliyev ötən gün bir qrup şəxs tərəfindən döyülüb. O, onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edib. Buna səbəb kimi “facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib.

R. Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı olub.
Bu xəbər oxucular tərəfindən 702 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed