Şrift:
Urmu gölünündə avtomobil və motosiklet yarışı keçirilir
10.08.2015 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın qurumaqda olan Urmu gölü bəziləri tərəfindən avtomobil və motosiklet yarışı keçirmək üçün istifadə olunur. Bu məsələ Qərbi Azərbaycan vilayətinin gənclər və idman idarəsi rəisinin etirazına səbəb olub.
Abdullah Qolçəməni bu barədə deyib:

“Bu idarə Urmu gölünün quruyan hissəsində avtomobil və motosiklet yarışlarının keçirilməsinə icazə verməyəcək”.

O vurğulayıb ki, Urmu gölünün quruyan hissəsinə avtomobil və motosikletlərin getməsi, bu hissənin üzərində yaranıb və bərkiyən səthinin məhv olmasına səbəb olar.

Qolçəməninin bu sözləri Urmu gölünün quruyan hissəsindən bəzilərinin su-istifadə etdiyi ilə bağlı yayılan raportdan (quzariş) sonraya təsadüf edir.

Xatırladaq ki, dünyanmın ikinci şor gölü olan Urmu gölünün 95 faizi artıq quruyub. Azərbaycanlıların bütün etirazına baxmayaraq İran rejimi verdiyi vədlərə əməl etmir və göldə quruma prosesi davam edir.
Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed