Şrift:
Təbrizin imam cüməsi: -Əcnəbilərin ölkənin hərbi təsisatlarına baxış keçirməsinə icazə verməyəcəyik
10.08.2015 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin cümə namazının rəhbəri axund Möhsün Müctəhidi Şəbüstəri avqustun 7-də qılınan namaz xütbəsindəki çıxışında Vyanadakı nüvə razılaşmasından, Qərbin, o sıradan da Amerikanın ölkəyə qarşı təzyiqindən danışıb.
Axund Şəbüstəri deyib ki, İran bütün xarici təzyiqlərə baxmayaraq Livan “Hizbullah”ına, İraq və Suriya rejimlərinə yardım və dəstəyini dayandırmayacaq: “Biz heç vaxt və hər hansı bir ad altında olursa olsun, əcnəbilərin ölkənin hərbi mərkəz və təsisatlarına baxış keçirməsinə imkan verməyəcəyik. Biz öz üsul və dəyərlərimizə söykənərək ölkənin milli təhlükəsizliyini qorumaq üçün digər ölkələrə, o sıradan da Livan “Hizbullah”ına, İraq və Suriya hökumətlərinə yardımımızı davam etdirəcəyik.

Qərb bir tərəfdən Vyanadakı nüvə razılaşmasından danışır, digər tərəfdən də onun icrası ilə bağlı şübhələr yaradaraq İranı terrorçuluqda günahlandırır. Bu isə göstərir ki, İranın nüvə məsələsi onlar üçün bəhanədən başqa bir şey deyil. Belə ki, onlar 5+1 qrupu ilə nüvə razılaşmasından sonra bizə qarşı yeni ittihamlar irəli sürür, böhtanlar atırlar”.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed