10.08.2015 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif avqustun 8-də jurnalistləırlə görüşündə Tehranın yaxınlığındakı “Parçin” nüvə təsisatı ətrafında gizli fəaliyyətin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Zərif deyib ki, təsisatda gizli fəaliyyətin aparılması ilə bağlı xarici mənbələrin yaydığı məlumatlar əsasızdır: “Bu kimi xəbərlərin yayılması və ölkəyə qarşı irəli sürülən belə iddialar tamamilə yalan və əsasızdır. Biz əvvəlcədən də bildirdiyimiz kimi “Parçin” təsisatının ətrafında aparılan əməliyyat sadəcə olaraq yolsaldırma işləri ilə bağlı olub.
Bizə qarşı keçmişdə də bu kimi yalanlar yayılıb. Məqsəd isə nüvə razılaşmasını və onunla bağlı mövcud atmosferi pozmaqdır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Qərb mətbuatı havadan çəkilmiş şəkillərə istinadən “Parçin” nüvə təsisatında gizli və şübhəli fəaliyyətin aparılması barədə məlumat yaymışdı.

Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |