10.08.2015 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rejim tərəfindən Heyran gədiyini Ərdəbil vilayətindən ayrılıb hazırda Gilan vilayətində yerləşən Astara ərazisinə ilhaq edilməsi məsələsi bu şəhərin əhalisini nəinki sevindirmir, hətta onların narazılığına da səbəb olub.
Sosial şəbəkələrdə yayılan məlumatlarda Ərdəbil əhalisin ilə yanaşı Astara əhalisi də Heyran Gədiyində Gilan vilayətinə aid tablonun qaldırılmasına etiraz edir və bu məsələni qınayırlar. Həmçinin sosial şəbəkçələrdə yayılan məlumatlarda bildirilir ki, Astara limanı İran dövlətinin sərmayə yatırımı ilə deyil, təbriz və ərdəbilli yatırımçıların sərmayəsi ilə inkişaf edə bilər.
Astara əhalisi Ərdəbillə olan 30 dəqiqəlik fasilələrini xatırladaraq bu fasilənin Rəştlə olan 3 saatlıq fasilədən olduqca az olduğunu və öz məişət işlərini Ərdəbil şəhəri ilə həll etdiklərini bildiriblər. Onlar xəstələrinin Rəşt şəhərində deyil, Ərdəbildə müalicə olunduğunu diqqətə çatdırıblar.
Astara əhalisi deyir: “Biz əgər tarixən aid olduğumuz Ərdəbil vilayətinə ilhaq edilsək, onda azad ticarət məntəqəsi imtiyazını da əldə edə bilərik. Lakin Gilan vilayətində olan ayrı-seçkiliyə görə bu vilayətdə sözügedən imtiyazı əldə etmək bizim üçün imkansızdır.
Xatırladaq ki, Güney azərbaycanlılar son illərdə doğma ərazilərinin digər vilayətlərə ilhaq edilməsi və “Azərbaycan” sözünün müxtəlif bölgələrin üzərindən götürülməsinə şahid olub. Son vaxtlar isə Heyran gədiyini Ərdəbil vilayətindən ayırıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi mətbuatın gündəminə düşüb və bu məsələ azərbaycanlılar, xüsusi ilə də Milli Hərəkat fəallarının kəskin etirazına səbəb olub.

Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |