11.08.2015 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
1394-cü ilin (hicri-şəmsi təqvimi ilə) birinci 4 ay müddətində Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı məlum olub.
Bu barədə danışan Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi ilin birinci 4 ayında 237 nəfərin yol qəzalarında həlak olduğunu bildirib.
GAMAC Təşkilatının yaydığı məlumatda qeyd olunur ki, Bəhram Səmədirad Şərqi Azərbaycan yol qəzaları və daşımacılıq güvənliyi komitəsinin keçirdiyi iclasda ən çox ölüm hallarının “İran Xodro” Şirkətinin maşınlarında qeydə alındığını bildirib. Onun sözlərinə görə, yol qəzalarında dünyasının dəyişənlərin 52 faizi minik maşınlarında qeydə alınıb.
Bu arada Şərqi Azərbaycan Polis İdarəsi rəisi ilin birinci 4 ayında ölümlə nəticələnən yol qəzalarının keçən ilə nisbətən artdığını bildirib. Möhsün Həsənxani bildirib ki, biz yol qəzaları məsələsinə bir xüsusi proje kimi baxmalıyıq, əks halda vəziyyət daha da pisləşəcək.

Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |