Şrift:
Bir neçə azərbaycanlı fəal Əhər məhkəməsinə çağırılıb
11.08.2015 [09:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əhər şəhəri məhkəməsi bir neçə azərbaycanlı fəalı telefon vasitəsi ilə və yazılı şəkildə məhkəməyə çağırıb.
2014-cü il (hicri-şəmsi təqvimi ilə 1392-ci il) Dünya Ana Dili Günü mərasimində Əhər şəhərində yaxalanıb və mülki vəsiqə qarşılığında sərbəst buraxılan milli-mədəni fəallar məhkəmə prosesinin davamı üçün Əhər məhkəməsinə müraciət etməlidir. Məhkəməyə çağırılan fəallar arasında Rəhim Qulami, Əsgər Əkbərzadə, Meysəm Colani, Cəfər Rüstəmi, Hüseyn Balaxani, İsrafil Fətullazadə, Saleh Molla Abbasi, İbrahim Nuri, Əkbər Əbulzadə, Məhəmmədrza Rəhmanifərd və s. kimi adlara rast gəlinir.

Xatırladaq ki, 2014-cü il Dünya Ana Dili Günü mərasimində Əhər şəhərində təxminən 100 nəfər azərbnaycanlı milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır. Azərbaycanın müxtəlif bölgələrindən gələn fəallar Dünya Ana Dili Gününü qeyd etmək üçün Əhər fəallarının birinin evində bir araya gəlmişdir. Fəlların bəzisi yaxalanarkən təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalıb və döyülmüşdür.
Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed