Şrift:
Türkiyə müxalifəti təcili koalisiya hökumətinin yaradılmasını istədi
11.08.2015 [11:11] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin müxalif Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli təcili koalisiya hökumətinin yaradılmasını istədi.

Bu barədə Anadolu agentliyi xəbər verir.

Dövlət Bahçelinin sözlərinə görə, ölkədə keçirilən parlament seçkilərinin nəticələri əyani şəkildə göstərir ki, koalisiya hökuməti Türkiyə xalqının istəyidir.

D.Bahçeli həmçinin qeyd edib ki, Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyası (CHP) koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəlməlidir.
Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed