Şrift:
İranda Qarabağ haqqında film çəkilir
11.08.2015 [13:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın azərbaycanlı məşhur kino-rejissoru Rza Siyami Qarabağ haqda film üzərində işlədiyini açıqlayıb. “Qarabağ haqda bədii sənədli film üzərində çalışmışam. Film Qarabağ qaçqınları haqdadır. Ssenari üzərində iş bitib. Payızda filmin çəkilişlərinə başlayacağıq. Film TRT kanalı üçün hazırlanacaq. 80-90 dəqiqəlik bir film olacaq. Amma ümumiyyətlə filmlərimin 95 faizi Azərbaycanla bağlıdır və bundan sonra belə davam edəcək.” –deyə Güney azərbaycanlı kino-rejissor bildirib.
Qeyd edək ki, Rza Siyaminin çəkdiyi filmlər və teleseriallar təkcə İranda deyil, həmçinin Azərbaycan və Türkiyədə də tanınır. Onun “Vüsal günləri”, “Son köç”, “Gizli atəş” və “Şeyx Şamil” kimi filmləri geniş tamaşaçı auditoriyasının böyük rəğbətini qazanıb. Kino-rejissor Güney Azərbaycanın da kinematoqrafiya sənətinin inkişaf etdirilməsi işində fəal iştirak edir.
Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed