Şrift:
İranlı deputat: -Urmiyaya su Ermənistan və Gürcüstandan çatdırılacaq
11.08.2015 [14:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin Şəbüstər şəhərindən seçilmiş azərbaycanlı deputatı Əli Əlilu avqustun 9-da jurnalistlərə açıqlamasında qurumaqda olan Urmiya gölünün indiki durumundan və onun su ilə təmin olunması ilə bağlı yeni bir layihədən danışıb.
Əli Əlilu deyib ki, Xəzər dənizindən Urmiya gölünə su çatdırılması qtisadi baxımdan sərfəli deyil: “Hazırda Urmiya gölünün su həcmi 36 milyard kubmetrdən 2 milyard kubmetrə düşüb.

Araşdırılmış və üzərində işlənmiş bir layihəyə görə, Urmiya gölünü qurumaqdan xilas etmək üçün ona su Ermənistan və Gürcüstandan çatdırılacaq. Bu iki ölkədən Urmiya gölünə su çatdırılması işi isə əsasən İran tərəfindən həyata keçiriləcək və bunun üçün ölkəmiz həmin ölkələrdən su satın almağa başlayacaq.

Layihəyə görə, Urmiya gölünün suyu Kür çayından və Ermənistanın Sevan (Göyçə- red.) gölündən təmin ediləcək. Suyun nəqli isə, həmin qaynaqlardan saniyədə 60-dan 80 kubmetrə qədər suyu Urmiya gölünə çatdıran üç pompaj dayanacağı vasitəsi ilə həyata keçiriləcək”.
Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed