12.08.2015 [09:53] - Gündəm, Türk dünyası-Turan
Azərbaycanın İT şirkəti “SINAM” Qırğızıstan Mərkəzi Bankının sənəd dövriyyəsinin avtomatlaşdırılması tenderində iştirak etməyə hazırlaşır. Bu barədə şirkətdən məlumat verilib.
Məlumatda bildirilib ki, şirkət daha əvvəl Azərbaycan Mərkəzi Bankına (AMB) inteqrasiya etdiyi layihəni təklif etmək niyyətindədir. AMB-də “SINAM” şirkətinin həyata keçirdiyi layihə bir neçə mərhələdən ibarət olub.
Şirkət tərəfindən elektron statistika bazası və analitik hesabatlılıq sistemi tətbiq edilib. Hesabatların generasiya sistemi yaradılıb. Müxtəlif qrafik formaların qurulmasına imkan verən özəllik, həmçinin bank tərəfindən istifadə olunan FinA sistemi, elektron poçtun arxivləşdirilməsi və idarə edilməsi sistemi inteqrasiyası daxil edilib. Bu da disk məkanından optimal istifadə etməyə və arxiv məlumatları idarə etməyə imkan yaradıb.
Bundan başqa, layihə çərçivəsində bank və bank olmayan kredit təşkilatlarını idarə etməyə imkan verən proqram tətbiq edilib. Bu da sənədlərin avtomatik yenilənməsini, həmçinin idarəetmə üçün lazım olan bütün informasiyanın daxil edilməsi və təhlilini həyata keçirməyə imkan yaradıb.
AMB-də həmçinin layihələri idarəetmə sistemi və daxil olan sənədlərin tanınması və skan edilməsinə imkan verən elektron sənəd dövriyyəsi sistemi tətbiq edilib.

Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |