Şrift:
Daha bir neçə azərbaycanlı fəal məhkəməyə çağırılıb
12.08.2015 [09:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə çoxsaylı azərbaycanlı milli-mədəni fəallar məhkəməyə çağırılıb.
Xəbər verdiyimiz kimi, keçən günlərdə 2014-cü il (hicri-şəmsi təqvimi ilə 1392-ci il) Dünya Ana Dili Günü mərasimində Əhər şəhərində yaxalanıb və mülki vəsiqə qarşılığında sərbəst buraxılan bir neçə milli-mədəni fəal məhkəmə prosesinin davamı üçün Əhər məhkəməsinə çağırılıb. Rəhim Qulami, Əsgər Əkbərzadə, Meysəm Colani, Cəfər Rüstəmi, Hüseyn Balaxani, İsrafil Fətullazadə, Saleh Molla Abbasi, İbrahim Nuri, Əkbər Əbulzadə, Məhəmmədrza Rəhmanifərd və s. məhkəməyə çağırılan fəallar arasında olub.

Həmçinin son günlərdə iyulun 17-də (tirin 26-da) Babək qalasına gedərkən qalanın ətəyində və yolda yaxalanıb və bir gün sonra zəmanətə buraxılan fəallar Kəleybər məhkəməsinə çağırılıb. Behzad Əbdi, Fərdin Muradpur, Əkbər Əbulzadə, Məhəmməd Rəşidi və Abbas Şadmənd sistemin əleyhinə təbliğdə günahlandırılır.

Xatırladaq ki, yuxarıda adlarını çəkdiyimiz fəalların əksəriyyəti mədəni zəmindəki fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed