Şrift:
Bank VTB ASC yerli istehsalçılara faktorinq xidmətləri göstərməyə başlayır.
12.08.2015 [11:41] - Gündəm, İqtisadiyyat
Bu barədə ötən gün baş tutan mətbuat konfransı zamanı bankın İdarə Heyətinin üzvü, Korporativ biznesin idarəsi departamentinin sədri Zaur Rəsulov bildirib.

O qeyd edib ki, istənilən biznesin problemi debit borcudur: “Öz məhsulunu xaricə çıxaran şirkət ödəmələrin gecikməsi ilə üzləşir. Bu səbəbdən faktorinq kimi beynəlxalq maliyyə alətindən istifadə etmək istəyən müştərilərimizə dəstək olmağa hazırıq”.

Z.Rəsulov bildirib ki, VTB-nin Moskva ofisi ilə artıq bu istiqamətdə müəyyən işlər görülüb:

“VTB-nin “VTB Faktorinq” kimi qurumu var. Bu strukturun nümayəndələri artıq burada olublar. Onlar ölkədə fəaliyyət dairələri üçün sahə və birgə fəaliyyətləri üçün potensial olduğunu qeyd ediblər. Qurum nümayəndələrinin tezliklə ölkəyə təkrar səfər edəcəklərini gözləyirik”.

O, məhsulunu Rusiyaya tədarük etməyə icazə verilən yerli istehsalçılarla artıq bir sıra görüş və danışıqların keçirildiyini qeyd edib:

“Məhsulun Rusiyaya ixrac edilməsi üçün müvafiq sertifikatlar lazımdır. Bu, məsələn, süd və ət məhsullarına aiddir. Yerli istehsalçılar Rusiyanın şəbəkə şirkətləri (supermarketlər və başqaları) ilə müəyyən razılığa gəliblər”.

İdarə Heyətinin üzvü Yuri Yakovlev öz növbəsində şəbəkə şirkətlərinin daha etibarlı alıcı olduğunu qeyd edib:

“Ancaq yüksək tələblərə görə onlarla işləmək çətindir. Adətən, şəbəkə şirkətləri məhsula görə ödəmələri 30-60, bəzən 90 gün ərzində göndərirlər. Bu da istehsalçılara, ələlxüsus qida məhsulları istehsal edənlərə sərf etmir. Çünki onlar xammal, məhsulun tərkib hissəsini təşkil edən maddələri almalıdır”.

Y.Yakovlevin sözlərinə görə, faktorinqin üstünlüyü ondan ibarətdir ki, bank məhsulu ixrac edən istehsalçıya tam məbləği ödəyir və müəyyən vaxtdan sonra şəbəkə şirkətindən vəsaiti alır.
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed