12.08.2015 [11:42] - Gündəm, Mədəniyyət
Nazirlikdən verilən məlumata görə, respublikamızın turizm potensialı sentyabr ayında Yaponiya və Fransada keçiriləcək beynəlxalq turizm sərgilərində təbliğ olunacaq.
Bu ilin 24-27 sentyabr tarixində Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2015" və 29 sentyabr - 02 oktyabr tarixində Fransanın Paris şəhərində keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgilərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcək. Sərgilərdə yerli turizm şirkətləri və mehmanxanaların iştirakı da nəzərdə tutulub.
Adıçəkilən sərgilərdə respublikamızın turizm imkanlarını əks etdirən xüsusi lövhənin quraşdırılması və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanmaq üçün müxtəlif növ reklam-çap məhsulları göndərilməsi planlaşdırılır.

Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |