Şrift:
İŞİD-in Təbrizə ayaq açması xəbəri təkzib edildi
12.08.2015 [11:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə İraq və Şam İslam Dövləti (İŞİD) terrorçularının Təbrizə yol açması və fəallaşdığı barədə əhali arasında və sosial şəbəkələrdə bir sıra xəbərlər yayılıb. Əhalinin nigaranlığına səbəb olan xəbər Təbriz icra başçısı (fərmandar) tərəfindən təkzib edilib.
Rəhim Şörətifər bildirib ki, “Təbrizə İŞİD üzvlərinin daxil olması və onların bu şəhərdə aktivləşməsi xəbəri şayiədir.”

İcra başçısı əlavə edib ki, “caddələrdə çoxsaylı xarici vətəndaşın pasportla bağlı yaxalanması belə bir şayiənin yayılmasına səbəb olub.”

Qeyd edək ki, son aylarda Qərbi və Şərqi Azərbaycan vilayətlərində minlərlə Əfqanıstan və Pakistan vətəndaşı İran polisi tərəfindən yaxalanıb. Onların əksəriyyəti qaçaq yolu ilə Türkiyəyə keçmək üçün Azərbaycanın sərhədyanı bölgələrinə üz tutur.
Bu xəbər oxucular tərəfindən 909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed