25.01.2012 [14:52] - Xəbərlər
Bu gün Strateji Araşdırmalar Mərkəzində (SAM) “Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: uğurlar və imkanlar” adlı kitabın təqdimatı keçirilib.
SAM və ATİB-in birgə təşəbbüsü ilə işıq üzü görən kitabın təqdimatına Azərbaycan Prezident Administrasiyasının təmsilçiləri, ölkədə fəaliyyət göstərən türk iş adamları, media qurumlarının nümayəndələri, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc qatılıb.
Tədbirdə çıxış edən SAM-ın direktor müavini Gülşən Paşayeva bildirib ki, Fransa Senatının qəbul etdiyi son qanun insan haqlarına ziddir. ATİB sədri Fatimə Aslan isə rəhbərlik etdiyi təşkilatın Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönələn nəşrlər hazırladığını vurğulayıb: “Ölkələrimizin oxşar siyasi maraqlarından əlavə eyni kökü, tarixi, mədəniyyəti var. Bizim hazırladığımız bu kitabda siyasi, mədəni, hərbi, humanitar sahələr dərin şəkildə araşdırılıb”.
Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, kitab Azərbaycan və Türkiyə arasında dostuq, qardaşlıq münasibətlərini ehtiva edir.
E. Aslanov Fransa Senatında qəbul edilmiş qərarı da tənqid edib: “Fransa Senatı bildirir ki, bu qanun yaddaşı qorumaq məqsədi daşıyır. İstənilən memoral qanun diskriminativ xarakter daşımamalıdır. Bir qrupun hansısa məsələdə sözünü kəsməməlidir. Bu məsələ ilə bağlı Azərbaycan Türkiyə ilə bir yerdədir, bir olub və olacaq”. E. Aslanov ölkələr arasındakı tarixi münasibətlərdən danışıb. O, qeyd edib ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla sərhədi bağlayıb: “Bu dünyada birliyimizə bir örnəkdir. Qardaşlıq nümunəsi olaraq Xocalı faciəsinin 20 illiyi münasibəti ilə “Hər birimiz azərbaycanlıyıq”, “Hər birmiz Xocalılıyıq” şüarını İstanbulda eşidəcəyik”. O, SAM və Türkiyə Strateji Araşdırmalar Mərkəzi arasında əlaqələri müsbət qiymətləndirib.
“Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr anlamalıdır ki Azərbaycan və Türkiyə beynəlxalq aləmdə bir nöqtəyə gələcək. Azərbaycan Türkiyəni bütün məsələlərdə dəstələyir. Eyni münasibəti də Türkiyədən gözləyir və görür”.
Səfir Hulusi Kılıc bildirib ki, Fransa Senatı 20 il öncə baş vermiş Xocalı qətliamını görməyərək, 100 il əvvəl baş verdiyi iddia olunan və sübuta yetirilməmiş bir məsələ haqqında qərar qəbul edib. Səfir ölkələr arasındakı əlaqələrin getdikcə gücləndiyini də vurğulayıb: «Bu coğrafiyada Türkiyəni itirən Azərbaycanı, Azərbaycanı itirən isə Türkiyəni itirər. Qarabağ problemi bizim də problemimizdir və bu münaqişənin tezliklə həllini istəyirik. Ermənistanla sərhədlərimizin bağlanması bizim qardaşlığımızın nümunəsidir. Problem həll olunmayınca, sərhədlərimiz açılmayacaq. Türkiyəyə bununla bağlı çoxsaylı təzyiqlər olur, amma Türkiyə bu təzyiqlərə sinə gərəcək”.
H. Kılıc qeyd edib ki, Azərbaycan və Türkiyə eyni zamanda beynəlxalq platformalarda birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir: “Ölkələrimizin xarici siyasət kursları kiçik fərqliliklər istisna olmaqla eynidir”.
Səfir ölkələr arasında həyata keçirilən iqtisadi layihələrdən də danışıb. O Van zəlzələsində ilk yarıdımı Azərbaycanın göstərdiyini və Türkiyəyə qardaşlıq əli uzatdığını deyib.
Tədbirdə çıxış edənlər öz fikir və təkliflərini səsləndiriblər.

Bu xəbər oxucular tərəfindən 1701 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |