13.08.2015 [00:47] - Gündəm, Sosial, İslam dini
Müasir dövrün ictimai münasibətlərinin dərin transformasiyası, sosial dəyərlər prioritetlərinin dəyişməsi ailə institutuna və qadının oradakı mövqeyinə təsir göstərir. Müasir ailə nəhəng problemlərlə rastlaşır. Qadınlar haqqında ayrı-seçkiliyin bütün formalarının ləğv olunması barədə Konvensiya qadının ailə rifahında rolunu qeyd edir və indiyədək ailədə və uşaqların tərbiyə olunmasında analığın və hər iki valideynin sosial rolu tam tanınmamışdır, çünki bu kişi və qadının, eləcə də bütövlükdə cəmiyyətin birgə məsuldiyyətini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasında deyilir ki, «uşaqlara qayğı, onların tərbiyəsi – valideynlərin bərabər hüquq və vəzifəsidir». Cəmiyyətdə patriarxat baxışlar, ər-arvad, valideyn-uşaq arasında gərgin münasibətlər qalmaqdadır, bunlar isə qadınlar üçün əlavə çətinliklər yaradır. Qadınların uşaqların tərbiyəsində xüsusi rolunu nəzərə alaraq onları çətin sosial və iqtisadi problemlərdən mümkün qədər azad etmək lazımdır. Ailədə təsərrüfat-məişət funksiyaları da əsasən qadınların payına düşür və bütün bunlar onun ailə qayğılarını təşkil edir. Odur ki, sosial prosesləri idarə edə bilən, qadının kiçik sosial qrupda mövqeyini təyin edən, eqalitar nəzəriyyəni real həyatda tətbiq etməyə şərait yaradan milli idarəçilik mexanizmi yaradılmalıdır. Ailə qayğılarının müxtəlifliyi ilə yanaşı hüquqi tənzimlənməsi problemi durur. Qadın əməyindən onun təhsilinə və ixtisasına uyğun olaraq istifadə olunması haqqında qanun qəbul edilməsi vacibdir.
“SAF Həyat Naminə” Gənclər İctimai Birliyindən verilən məlumata görə, təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 03 avqust 2015-ci il tarixindən başlayaraq 8 gün müddətində Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında həyata keçirdiyi “Qadının ailədə rolu ilə bağlı sorğunun keçirilməsi, televiziya verilişi və sosial çarxın hazırlanması” adlı layihənin mahiyyətinin əsasını ailə münasibətləri təşkil etdiyindən, tədbirlərin mövzusu birbaşa qadınların ailədəki rolunun və onlara qarşı ailədəki sosial-psixoloji mühitin araşdırılmasına, eyni zamanda təhlil olunmasına həsr olunmuşdur. Layihənin ilkin mərhələsində sosioloq Sərdar Mahmudov tərəfindən yuxarıda adı çəkilən rayonlarda cəmi 200 qadın olmaqla sorğular keçirildi. 30 sualdan ibarət olan anketlər müxtəlif sualları əhatə edirdi. Demək olar ki, suallar qadınlar tərəfindən tam olaraq cavablandırılmışdır. Sorğuların nəticələri müəyyənləşdikdən sonra bu istiqamətdə məlumatlandırma işinə böyük eytiyac olduğu üzə çıxdı. Birlik qadınların səlahiyyətlərinin mənəvi və hüquqi tənzimlənməsi sahəsində maarifləndirmə işi aparmaq məqsədilə layihə çərçivəsində yuxarıda adı çəkilən rayonların hər birindən yenə də 50 qadın olmaqla auditoriya şəraitində tədbirlər-dəyirmi masalar təşkil etdi. Dəyirmi masa birliyin rəhbəri Səbinə Abbasova, ekspert Nailə İsmayılova, hüquqşünas Sevinc Nəcəfovanın iştirakı ilə interaktiv şəkildə keçdi. Dəyirmi masa iştirakçıları- xanımların hər biri öz şəxsi həyatları ilə bağlı ailədaxili səlahiyyətləri barəsində geniş məlumatlar verdilər. Eyni zamanda onlar qonaqlara müxtəlif suallar ünvanladılar. Birliyin layihə çərçivəsində hazırladığı on dəqiqəlik “Şirin ev” videoçarxının sujet xətti hər kəsin diqqətini özünə cəlb etdi və orada nümayiş olunan “ideal ailə” tablosu müzakirə mövzusun çevrildi. Uzun-uzadı müzakirələr və interaktiv söhbətlər qadınların ailədəki rolunu həqiqətən ailənin təməl daşı kimi xarakterizə etdi. Layihənin növbəti mərhələsi üzrə Xaçmaz rayonunda fəaliyyət göstərən RTV kanalı vasitəsilə layihə rəhbəri Səbinə Abbasova və ekspert Nailə İsmayılovanın iştirakı ilə veriliş- xüsusi buraxılış hazırlandı ki, burada qadının ailə və cəmiyyətdəki rolu barəsində geniş müzakirər aparıldı.

Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |