Şrift:
Azərbaycanlı fəal Həmid Mənafi Baharistan məhkəməsinə çağırılıb
14.08.2015 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Həmid Mənafi Nadarlı Baharistanın ümumi məhkəməsinə çağırılıb.
Həmin Mənafi avqustun 6-da, 2014-cü il (1392-ci il) Dünya Ana Dili Günü mərasimi ilə əlaqədar dosyesi ilə bağlı son məhkəmə iclasında özünü müdafiə etməlidir.

Məlumata görə, H.Mənafi daha bir çağırışa əsasən ötən ay da məhkəməyə müraciət edib.

Fəal, 2014-cü ildə Tehranda keçirilən Dünya Ana Dili Günü mərasimi və mərasimdən sonra onun yaxalanması ilə əlaqədar məhkəməyə çağırılıb.

H.Mənafi 2014-cü il martın 8-də (1392-ci il isfəndin 17-də) öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. O, 80 gün saxlandıqdan sonra 2014-cü il mayın 26-da (1393-cü il xordadın 5-də) 150 milyon tümənlik mülki vəsiqə qarşılığında Evin zindanından sərbəst buraxılıb.

Qeyd edək ki, Şəbistərin Nadarlı kəndindən olan H.Mənafi mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 931 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed