Şrift:
Qapıçı karyerasının 130-cu qolunu vurdu
15.08.2015 [10:29] - Gündəm, İdman
Qapıçılar arasında vurulan qollar üzrə dünya rekordçusu Rojerio Seni özünün 130-cu qolunu vurub.

lenta.ru saytının verdiyi məlumata görə, qapıçı Brazilya çempionatı çərçivəsində keçirilən "San-Paulu" - "Fiqeyrense" oyununda penalti zərbəsini dəqiq yerinə yetirərək, özünün 130-cu qolunu vurub. Oyunun nəticəsinə görə "San-Paulu" rəqib üzərində 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, cari ildə Rojerio meydanda 42 oyun keçirib. Bu oyunlar ərzində qapıçı penalti zərbələrindən 7 qol vurmağa nail olub.

Ümumilikdə, Rojerio meydanda 1245 oyun keçirərək 130 qol vurub. O, rəsmi olaraq Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası tərəfindən tarixdə ən çox qol vurmuş qapıçı kimi tanınıb.
Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed