15.08.2015 [10:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən günlərdə Türkiyə ərazisində İrana aid yük maşınına edilən hücumun ardınca iki dövlət arasında bağlanan sərhəd açılıb. Sərhəd açılsa da, İranın vətəndaşlarına Türkiyəyə getməkdən çəkinmək barədə xəbərdarlığı qüvvədədir.
Bu barədə İranın yol, nəqliyyat və tranzit təşkilatının sədri Məhəmməd Cavad Ətrçiyan məlumat verib.
O, Gürbulaq-Bazargan gömrük keçid məntəqəsində artıq maşınların gediş-gəlişinin bərpa olunduğunu bildirib.
Bildirək ki, iki gün öncə caddələr üzrə daşımacılıq və yol təşkilatının rəisi Türkiyədəki baş verən terror aktları ilə bağlı Bazirgan sərhəddinin bağlandığını bildirmişdir.
Davud Keşavərziyanın sözlərinə görə, sərhəd Türkiyədə İrana aid yük maşınına edilən hücumdan sonra bağlanmışdır.
Qeyd edək ki, son günlərdə Türkiyədə bir İran avtobusu da terrorçuların hücumuna məruz qalmışdı.

Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |