Şrift:
"Şəki İpək" kombinatı normal rejimdə işləyir
15.08.2015 [10:39] - Gündəm, İqtisadiyyat
İpək məhsullar istehsal edən "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətində (ASC) iş normal rejimdə davam etdirilir. Bu barədə ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, heç bir işçi müəssisədən işdən çıxarılmayıb və ödənişsiz məzuniyyətə buraxılmayıb.

Xammalın - ipək yarımfabrikatın çatdırılmasında yaranmış müvəqqəti problemə görə, ipək parça istehsal edən toxucu sexi müvəqqəti işini dayandırıb. Müəssisə rəhbərliyinin sözlərinə görə, həmin sexdə çalışan 150 işçi ödənişli qaydada məzuniyyətə buraxılıb.

Müəssisə rəhbərliyi onu da bildirib ki, kombinatın bütün sexlərində - xalçaçılıq, pambıqəyirən və kəlağayı istehsal edən sexlərdə iş normal rejimdə davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed