Şrift:
AKP-nin təklifi nəyə görə rədd edildi?
25.01.2012 [17:06] - Siyasət
Bu etiraf, İraq işğali əsnasında vəzifə yerinə yetirən Hoondan gəldi. Keçmiş ingilis müdafiə naziri: 1920-ci ili unutmadıqları üçün sənədi rədd etdilər!

İngiltərənin İraqı işğal siyasətlərinin masaya yatırdıldığı ictimai istintaqda danışan o dövrün müdafiə naziri Geoff Hoon, şok etiraflar etdi. Hoon, ABŞ-ın İraqı Türkiyə üzərindən işğal etməyə ölkəsi tərəfindən razı salındığını açıqladı.

Etməyəcəklərini mənə hiss etdirdilər

İşğaldan əvvəl etdiyi ziyarətə toxunan Hoon, "Türkiyə, keçmək icazəsini verməyəcəyini heç bir zaman söyləmədi. Ancaq, bunun olmayacağı təəssüratını yaratdı. Türklər, 1920-ci illərdəki hadisələrdən ötəri İngiltərəyə güvənmirlər" - dedi.

Türklər ingilislərə güvənmir!

Türkiyənin, 2003-cü ildəki İraq işğalında ABŞ və İngiltərəyə sərhəddi və torpaqlarından istifadə etdirmə qərarı, Londonda açılmış İraq istintaqında gündəmə gəldi. Noyabr ayından bu yana davam etdirilən və ölkənin İraq işğal siyasətinin masaya yatırdıldığı ictimai istintaq çərçivəsində üç gün əvvəl o dövrün ingilis müdafiə naziri Geoff Hoon, təəccüblü şərhlər verdi. Keçmiş nazir Hoon, 2003-cü ilin əvvəlində Türkiyəyə etdiyi ziyarətdə, Ankaranın İraqın işğalı üçün sərhəddini və torpaqlarını istifadə etdirməyəcəyini anladığını söylədi.

Amerikanı razı saldıq

1999-2005 illəri arasında İngiltərənin müdafiə nazirliyi vəzifəsində olan Hoon, ölkəsinin ABŞ-ı, İraqı şimaldan, Türkiyə üzərindən işğal etmə variantı üçün razı saldığını dilə gətirdi. Köhnə müdafiə naziri Hoon, ziyarətindən əvvəl Türkiyənin bu qərarı qəbul edib-etməyəcəyi sualı üzərinə, bunları qeyd etdi: "Türkiyə, keçmək ixtiyarını verməyəcəyini heç bir zaman söyləmədi. Ancaq, bunun olmayacağı təəssüratını yaratdı. Türklər, 1920-ci illərdəki hadisələrə görə İngiltərəyə güvənməyəcəklərinə inanırdım."

Məclis sənədi qəbul etsəydi...

Türkiyə Böyük Millət Məclisi (TBMM), 1 Mart 2003-cü ildə İraqın işğalında Amerika və İngiltərənin Türk torpaqlarını istifadə etməsini nəzərdə tutan hökumət sənədini rədd etdi. AKP-nin israrla keçməsini istədiyi sənəd, 62 min ABŞ və ingilis əsgərinin 6 ay müddətində cənub-şərqi Anadoluya yerləşməsini və Mersin, İskəndərunun yanında Samsun və Trabzon limanlarında baza qurmasını nəzərdə tuturdu. Lakin TBMM AKP-nin bu qanun layihəsini inkar etdi.
Bu xəbər oxucular tərəfindən 1287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed