Şrift:
Azərbaycan dizel yanacağının istehsalını artırıb
17.08.2015 [10:37] - Gündəm, İqtisadiyyat
2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1,75 milyon ton dizel yanacağı istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəki göstəricidən 13,1 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin yanvar-iyul aylarının yekunları üzrə hesabatında deyilir.

Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər aparır.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda təqribən 3,67 milyon ton neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 2,7 milyon tondan çox olub.
Bu xəbər oxucular tərəfindən 860 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed