Şrift:
Güney Azərbaycan şəhərlərində su qıtlığı problemi kəskinləşir
18.08.2015 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbərt verdiyimiz kimi, Güney Azərbaycanın bütün vilayətlərində su qıtlığı problemi yaşanır.
Bu barədə danışan Binab şəhərinin icra başçısı bildirib ki, “təəssüflə Binabda suyun vəziyyəti böhran həddini keçib!”

Vəliullah Fərəcullahi avqustun 26-da Binab şəhərinin su və əkinçilik qrupunun keçirdiyi iclasda deyib: “Binab şəhərində su qıtlığı problemi əkinçiliyin inkişafına mameçilik yaradır və əkinçilər torpaqlardan yetəri qədər istifadə edib və məhsul götürə bilmirlər.”

Kənd təsərrüfatı işləri ilə bağlı öz nigaranlığını dilə gətirən icra başçısı çıxış yolunu əkinçilik və suvarma üsullarının dəyişdirilməsində görüb.

Bu arada Həmədan vilayətində də su qıtlığı ilə bağlı yeni xəbər əldə olunub. Rəzən şəhərinin su və kanalizasiya idarəsinin rəisi bu şəhərin bir çox kəndində su problemi yaşandığını bildirib.

Məhəmmədrza Rəncbər Kərəmi “Fars” xəbər agentliyinin müxbiri ilə danışıqda hazırda 13 kəndə tankerlərlə su çatdırıldığını xüsusi olaraq diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed