Şrift:
PKK-nın Türkiyə terrorunun arxasından İran çıxdı
18.08.2015 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Suriya Kürd Mütərəqqi Demokrat Partiyasının lideri Əhməd Qasım sensasion açıqlama ilə çıxış edib. Belə ki, Əhməd Qasım İranın PKK-nı dəstəkləyərək Türkiyəni qarışdırmağı planlaşdırdığını deyib.



Suriyanın şimalında baş verən prosesləri dəyərləndirən Əhməd Qasım PKK-nın İrandan dəstək aldığını bildirib.

"PKK özünə havadar tapmaq məcburiyyətindədir. Kim ola bilər bu havadar? Təbii ki, İran. İranlılar və türklərin qarşıdurması qədim bir tarixə əsaslanır. İran Türkiyəyə qarşı düşmən münasibətə görə, PKK-ya dəstək verir."

Əhməd Qasımın dediyinə görə, Türkiyəyə qarşı konjonktürel olaraq PKK-nı dəstəkləyən İran, adı çəkilən terror təşkilatının Suriya qolu YPG-yə hər cür maddi yardımla yanaşı, silah-sursat köməkliyi də edir.

"İran da PKK kimi Türkiyənin "təhlükəsiz bölgəyə" planına qarşı çıxır. Bu səbəbdən də PKK-ya var gücü ilə yardım edir."

Qeyd edək ki, Türkiyənin Şimali İraqdakı PKK mövqelərini bombalamasına ilk olaraq İran qarşı çıxmışdı. Bundan əlavə bombalanan ərazilərdəki PKK liderlərinin İrana qaçması haqda da məlumatlar yayılıb. İki gün öncə isə İran xarici işlər nazirliyi Türkiyənin Suriya ilə sərhəddə "təhlükəsiz bölgə" yaratmaq iddiasına qarşı çıxmışdı.
Bu xəbər oxucular tərəfindən 852 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed