Şrift:
İran rəsmisi: Urmiyada Azərbaycan türkcəsində Rəzəvi Şeir Festivalı keçiriləcək
18.08.2015 [10:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan əyalətinin islami irşad və mədəniyyət idarəsinin baş direktoro axund Məhəmmədbağır Kərimi avqustun 17-də jurnalistlərə açıqlamasında Urmiyada Azərbaycan türkcəsində keçiriləcək “Rəzəvi Şeir Festivalı”ndan danışıb.
Axund Məhəmmədbağır Kərimi deyib ki, beynəlxalq “Rəzəvi Şeir Festivalı”nın keçirilməsində məqsəd, “əhli beyt”ə olan eşq və sevgini ölkə əyalətlərində və İranla qonşu ölkələrdə yaymaqdır: “Bu şeir festivalı avqustun 20-də (mordadın 29-da) İmam Rza beynəlxalq fondu tərəfindən Urmiya şəhərində keçiriləcək. Maddi vəsaitlə bağlı mövcud problemlərə baxmayaraq biz həmin festivalı ən yaxşı şəkildə keçirməyə çalışacağıq.

Hazırda “Rəzəvi Şeir Festivalı”nın rəhbərliyinə Azərbaycan türkcəsində 342 əsər daxil edilib. Bunlardan 320 əsər festivala qatılmaq istəyən daxili iştirakçılara, 22 əsər isə xarici vətəndaşlara məxsusdur. Ölkənin 20 şəhər və əyaləti, o sıradan da Tehran, Təbriz, Zəncan, Ərdəbil, Məşhəd, Qəzvin və Kərəc şəhərləri Festivala qatılacaqlar. Festivalın xarici qonaqları isə İraq, Türkiyə və Azərbaycan Respublikasından olacaqlar”.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed