18.08.2015 [10:48] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
"Bütün partiyalar fəaliyyəti boyu seçkilərə hazır olmalıdır. Çünki məqsədimiz seçki yolu ilə hakimiyyətə gəlməkdir. Hər bir partiya fəaliyyətində bunu nəzərə almalıdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Dirçəliş Partiyasının (MDP) sədri Fərəc Quliyev seçkilərə hazırlıqla bağlı proseslər haqda danışarkən deyib.
Partiya sədri seçkilərə qanunvericiliyə uyğun şəkildə hazırlaşdıqlarını vurğulayıb: "Biz parlamentə qanun vericiliyə uyğun şəkildə hazırlaşırıq. Qanuna uyğun olaraq da startı gözləyirik. İlkin hazırlıqlarımızı görmüşük. Namizədlərimizin böyük bir qismini dairələr üzrə müəyyənləşdirmişik. Məntəqələrdə olacaq adamlarımızı təstiq etmişik. Əksər dairələrdə namizədlərimizin iştirakı nəzərdə tutulub. Artıq namizədlərimizin siyahısını təqdim etmişik. Lakin nə qədər namizədin iştirak edəcəyi hələlik məlum deyil”.
O, partiyanın əsas tutduğu seçki taktikasından da söhbət açıb: “Biz seçkilərdə buqələmun siyasəti yeritmirik. Sabit mövqeyimiz var və seçicinin bəyənib bəyənmədiyindən asılı olmayaraq biz azərbaycançılıq, dövlətçilik təfəkkürünə əsaslanaraq dövlətə xidmət edirik. Olduğumuz kimi görünmək istəyirik. Bizim öz proqramımız, öz düşüncələrimiz var”.
F. Quliyev blok şəklində seçkilərə qatılmaqla bağlı fikirlərini sə səsləndirib: “Biz blok siyasəti yürütməyəcəyik. Çünki blok siyasəti yürüdən zaman bəzən istənilən nəticəni almaq olmur. Bu zaman digər üzvlərin məsuliyyətini də daşımaq məcburiyyətində qalırıq. Ona görə də seçkilərdə tək siyasi partiya kimi iştirak etmək fikrimiz var. Amma yenə də siyasi mənsubiyyətdən asılı olmayaraq elə dairələr olacaq ki, onlara da dəstək olacağıq”.
Nigar Məmmədova

Bu xəbər oxucular tərəfindən 1326 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |