18.08.2015 [10:52] - Gündəm, Sosial
Son illər Azərbaycanın internet bazarında tariflər, demək olar ki, “yerində sayır”. Provayderlər üçün bütün şərait yaradılmasına baxmayaraq, tarifləri istifadəçiyə daha münasib etmək üçün heç bir provayder təşəbbüs göstərmir.
Bu yaxınlarda internet-xidmət tədarükçülərinin (ölkədə təqribən 40 provayder fəaliyyət göstərir) beynəlxalq trafikin 70 faizini aldığı Azərbaycanın ilkin provayderi “Delta Telecom” provayderlər üçün internet tutumların icarə haqqını üç dəfədən çox aşağı saldı.
Bu, əlbəttə, yaxşı haldır. Lakin bunun istifadəçiyə hər hansı təsirindən danışmaq bir neçə səbəbə görə, mümkün deyil.
Məsələn, bu işdə ilk növbədə iri internet xidmət tədarükçüləri (dövlət provayderləri AztelekomNet və BakinterNet) təşəbbüs göstərməlidir. Belə ki, kiçik provayderlərdən fərqli olaraq, bu provayderlər abunəçi bazasının hesabına belə bir addım ata bilər.
İndiyə kimi auditoriyasının məqsədi sıravi istifadəçilər olan bəzi provayderlər son illər ərzində abunəçi bazasını əhəmiyyətli dərəcədə artırıb. Ancaq təəssüf ki, onlar tərəfdən qoşulma haqqının aşağı salınması baxımından hər hansı addım atılmayıb. Hərçənd bu məsələ onlar üçün də aktualdır.
İstisna deyil ki, böyük tədarükçülər internet xidmətlərinin qiymətini aşağı salsa, bu, birmənalı şəkildə digər provayderlərin qiymət siyasətini nəzərdən keçirmək üçün katalizator ola bilər.
Hazırda dövlət provayderlərindən ADSL-ə qoşulmaq haqqı 10 manatdan (1 Mbit/san) 80 manat (10 Mbit/san) arasında dəyişir.
ADSL texnologiyası provayder xidmətinin əsas texnologiyasıdır. Yaxın gələcəkdə ADSL-in yerini optik çıxışa (FTTX) verməsi barədə danışmaq hələlik tezdir. Hərçənd bu, gec, ya da tez baş verəcək.
ADSL çox güman ki, yerini FTTX-ə tez verməyəcək. Ancaq bu prosesin tezləşməsində texnoloji inkişaf və qlobal şəbəkə resurslarının, proqramların geniş istifadə edilməsi əsas rol oynayacaq. Bu gün AzNet auditoriyasının internet resurslarından necə istifadə etməsini nəzərə alsaq, şübhəsiz, bu tələbatı 4-5 meqabitlik ADSL ilə ödəmək olar. Faktiki olaraq, sıravi istifadəçi hələlik qlobal şəbəkənin resurslarından geniş istifadə etməyə başlamayıb. Bu səbəbdən internet sürətinə yüksək tələblər irəli sürülmür. Kütləvi tələb olmayanadək ADSL yerini FTTX-ə verməyəcək.
Bazardakı vəziyyəti təhlil etsək, bu nəticəyə gəlmək olar ki, ADSL dövrünün süqutu özünü çox gözlətməyəcək. Hadisələrin gedişatını nəzərə alsaq, ADSL bazarda hələ 3-5 il qala bilər. Ötən il bununla bağlı fikirlər daha nikbin görünsə də, bu gün reallıq belədir. Uzun müddət haqqında danışılan geniş zolaqlı internetin inkişafı layihəsinin kağız üzərində qalmasını demək olmaz, amma onun reallaşdırılma tempi istənilən kimi yüksək deyil.

Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |