Şrift:
İranın ideoloqu: Hakimiyyət istəyirsənsə türk dili öyrən
19.08.2015 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İslam Cümhuriyyətinin ideoloqlarından olan, aşırı fars millətçisi kimi tanınan Qulaməli Həddad Adil türk dili ilə bağlı ictimaiyyətə yönələn yeni bir fikir səsləndirib.
Q.H.Adil “Fars” xəbər agentliyi ilə müsahibədə bir neçə il öncə İstanbulda eşitdiyi sözü dilə gətirib: “Keçən illərdə İstanbulda fars dilini də bilən türk alimlərinin biri ilə söhbət etdik. O deyirdi ki, bizdə belə bir məsəl var: Elm öyrənmək istəyirsənsə ərəb edili öyrən. Hakimiyyət (hökmranlıq etmək) istəyirsənsə türk dili öyrən. Məhəbbət etmək istəyirsənsə fars dili öyrən.”

Bildirək ki, Q.H.Adil İranda qeyri-fars dillərinin inkişafına və onların sərbəst olmasına maneəçilik yaradan şəxslərdən biridir. O fars dilini həddindən artıq önəmsədiyi üçün Azərbaycan Milli Hərəkatı fəalları arasında şovinist bir şəxs kimi tanınır. Bu səbəbdən Q.H.Adilin bu açıqlamasının məqsəd yönlü olduğu və ictimai rəyə yönəldiyi düşünülür.
Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed